BREAK THROUGH

v 1. peyda olmaq, görünmək, zühur etmək; It was a cloudy day, but the sun at last broke through Buludlu bir gün idi, lakin nəhayət günəş göründü; 2. çox əhəmiyyətli kəşf etmək; Scientists hope to break through soon in their fight against heart disease Alimlər ürək xəstəliyi üzrə apardıqları çalışmada tezliklə çox əhəmiyyətli kəşf edəcəklərinə ümid bəsləyirlər; 3. hərb. yarıb keçmək, yarmaq (düşmən xəttini)

BREAK OUT
BREAK UP
OBASTAN VİKİ
Quantum Break
Quantum Break — 2016-cı ilin döyüş-macəra oyunu. Remedy Entertainment şirkəti tərəfindən hazırlanan oyun Microsoft Studios tərəfindən yayınlanıb. Oyun 21 may 2013 Xbox One tədbirində elan olunub. Eyni zamanda Quantum Break Serialının çəkilişlərinə də başlanılıb. == Mövzusu == Oyun, Jack Joyce, Beth Wilder, ve Paul Serene adındakı zamanı yönləndirə bilən 3 insan üzərinə qurulmuşdur. Məsələn Paul Serene gələcəyi görə bilmə bacarığına sahibdir. Oyundakı hadisələr ABŞ-nin şimal şərqində Riverport Üniversitetində aparılan Zamanda Səyahət təcrübəsinin səhv getməsi ilə daha da sürətlənir. Oyunun hazırlanması sırasında şirkət CERN-də işləyən bir nəfər nəzəri fizikaçıdan da faydalanıb.
Prison Break
"Həbsxanadan Qaçış" (Prison Break) Amerika dram serialı. Pol Şyorinq tərəfindən hazırlanıb. Premyerası 2005-ci ilin avqustun 29-da Foks Broadkastinq Kompanidə olub. Serialın baş rollarında Wentworth Miller, Dominic Purcell, Sarah Wayne Callies, Amaury Nolasco yer alır. Təxminən 42 ölkədə nəşr olunan 22 bölümlük ilk mövsüm, ABŞ-də 29 Avqust 2005 tarixində FOX kanalında göstərilməyə başlanmışdır. Eyni mövsüm, 15 may 2006 tarixində sona çatmışdır. 2. mövsüm 21 avqust 2006-cı ildə başlanmışdır. 2 Aprel 2007 tarixində sona çatmışdır. 3.
Break My Silence
Break My Silence — 2010-cu ilin aprel ayında Azərbaycanda yaradılmış metalcore qrupu. Qrupun ilk demo mahnısı - "Blind To The Truth" 2011-ci ildə dinləyicilərə təqdim olunmuşdur. Yeni vokalist "Vita" ilə birlikdə qrupun "Boundary Of Emptiness" adlı ilk debüt studio albomu 2012-ci il mayın 21-də dinləyicilərin ixtiyarına verilmişdir.
I Won't Break
I Won't Break (azərb. Mən sınmayacağam‎) — Rusiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yuliya Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Leonid Qutkin, Netta Nimrodi və Ari Burşteyn tərəfindən bəstələnmişdir. Bəstəkarlardan Leonid Qutkin daha öncə Rusiyaya Avroviziyada 2013-cü ildə 5-ci yeri qazandıran "What If" və 2015-ci ildə ikinci yeri qazandıran "A Million Voices" mahnılarını bəstələmişdir.
The Girl Who Leapt Through Time
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır. "The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır. Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.
Tiny Toon Adventures: Babs’ Big Break
Tiny Toon Adventures: Babs’ Big Break - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunu.